Rusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər

Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir.
Sorğunun nəticələrinə əsasən, 47 yerli aeroporta müxtəlif şəxslərin adları veriləcək. Təklif edilən namizədlər arasında neft-qaz sahəsi üzrə tanınmış soydaşlarımız – Fərman Salmanov və Sabit Orucov da var. Salmanov Nijnevartovsk və və Surqut beynəlxalq hava limanları, Orucov isə Yeni Urenqoy beynəlxalq aeroportu üçün əsas namizəd göstərilib.
Qeyd edək ki, səsvermədə Rusiyanın mobil operatorlarına məxsus nömrəsi olan şəxslər və yerli sosial şəbəkə istifadəçiləri iştirak edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!