Ruhani ABŞ ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb
İran Vaşinqton Tehrana qarşı münasibətini dəyişəcəyi təqdirdə, ABŞ ilə danışıqlar barədə qərar qəbul edəcək.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran prezidenti Həsən Ruhani deyib.
“Bu gün bizim ABŞ prezidentinin hərəkətləri ilə bağlı hər hansı bir ümidimiz yoxdur… Əgər biz nə vaxtsa ABŞ-ın münasibətləri bərpa etməyə dair həqiqi cəhdlərini görsək, o zaman qərar qəbul edəcəyik (danışıqlar barədə – red.), o zaman yeni mühit olacaq”, – deyə prezidentin rəsmi saytı onun sözlərini sitat gətirib.
Prezident ABŞ-ın nüvə sövdələşməsindən çıxmasını səhv addım adlandıraraq, Vaşinqtonun hər hansı bir səbəb olmadan İrana qarşı sanksiyalar tətbiq etdiyini, ölkənin daxili işlərinə qarışdığını və onu təhdid etdiyini bildirib.
Ruhani həmçinin deyib ki, ABŞ-ın İran neftinin ixracına mane olmaq cəhdləri təhlükəlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!