Ruhani: ABŞ beynəlxalq institutları səmərəsiz etməyə çalışır
ABŞ-ın indiki administrasiyası beynəlxalq institutları səmərəsiz etməyə çalışır.
Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı bəyan edib.
H.Ruhani vurğulayıb ki, ABŞ hökuməti, ən azı indiki administrasiya bütün beynəlxalq institutları səmərəsiz etməyə cəhd göstərir.
Dövlət başçısı Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində danışıqlar masasına qayıtmağa və Vaşinqtonun tətbiq etdiyi anti-İran sanksiyalarını dayandırmağa çağırıb:
“Lakin danışıqların bərpası ABŞ-ın İrana qarşı sanksiyaları və təhdidi fonunda qeyri-mümkündür”.
Xatırladaq ki, 2018-ci ildə ABŞ BMT TŞ-nin qətnaməsi ilə təsdiq edilmiş İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!