Rotenberq geri döndü: FSB-də "kiçik çevriliş" baş verir
Rusiyanın güc strukturlarında yüksək vəzifəli şəxsləri əhatə edən böyük kadr dəyişikliyi baş verir. Bu prosesin mərkəzində milyarder Arkadi Rotenberqin yenidən mövqelərini gücləndirməsi və bir müddət əvvəl ona qarşı fəaliyyət göstərmiş Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbərlərinin vəzifələrini itirməsi dayanır.
Minval.info xəbər verir ki, yerli mənbələr baş verənləri hətta “kiçik saray çevrilişi” adlandırırlar. Məlumata görə, Rotenberq nəinki son dövrlərdə düşdüyü gözdən salınmış vəziyyətdən çıxa bilib, hətta ona qarşı əməliyyatlarda iştirak etmiş yüksək rütbəli təhlükəsizlik rəsmilərinin vəzifədən uzaqlaşdırılması prosesi başlayıb.
Artıq FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin – SEB-in rəhbəri, xüsusi xidmət daxilində olduqca nüfuzlu fiqur sayılan Sergey Alpatovun vəzifəsini itirdiyi bildirilir. Mənbələr növbəti kadr qərarının FSB-nin “T” İdarəsinin rəisi Nikolay Babakovla bağlı verilə biləcəyini iddia edirlər. Maraqlıdır ki, Babakov bu vəzifəyə yaxın vaxtlarda təyin olunmuşdu.
Hadisələrin arxasında isə Rusiya elitası daxilində ciddi qarşıdurmanın dayandığı iddia edilir. Mənbənin məlumatına görə, Arkadi Rotenberqin vəziyyəti son vaxtlar xeyli pisləşmişdi. Onun biznes strukturlarının borclarının artdığı, büdcə maliyyələşməsində problemlər yarandığı və yüksək dairələrdə narazılığın gücləndiyi bildirilirdi. Ardınca hüquq-mühafizə strukturları milyarderin yaxın çevrəsinə qarşı əməliyyatlara başlamışdı.
Rotenberqin bir sıra yüksək vəzifəli menecerləri, o cümlədən Konstantin Maxov həbs edilmişdi. Mənbə kriminal aləmdə “Antikvar” ləqəbi ilə tanınan İlya Traberin həbsini də həmin qarşıdurmanın tərkib hissəsi hesab edir. Traber və Rotenberqin uzun illərdir yaxın dost və biznes tərəfdaşı olduqları bildirilir.
Bu əməliyyatların əsas hərəkətverici qüvvəsinin Sergey Alpatovun rəhbərlik etdiyi FSB-nin İqtisadi Təhlükəsizlik Xidməti və ona daxil olan idarələr olduğu iddia edilir. Mənbəyə görə, həmin mərhələdə keçirilən tədbirlər ən yüksək səviyyədə razılaşdırılmışdı. Lakin sonradan vəziyyət qəfil 180 dərəcə dəyişib.
Güc strukturlarındakı başqa bir nüfuzlu qrup – “mühafizəçilər klanı” adlandırılan çevrə ölkə rəhbərliyini Rotenberq və Traber haqqında təqdim olunan məlumatların həqiqəti əks etdirmədiyinə inandıra bilib. İddiaya görə, həmin çevrə baş verənlərin Rotenberq və onun tərəfdaşlarını sıradan çıxarmaqla yanaşı, mövcud güc balansını zəiflətməyə hesablandığını çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada təyyarə faciəsi: İki nəfər həlak oldu
Axtarışda olan 114 nəfər saxlanıldı
Bakıda avtoxuliqan motosikletçi 15 gün həbs edildi
Gəncədə sərxoş ər arvadını bıçaqladı
Ağstafada ailə dramı: Həyat yoldaşını boğdu, polisə təslim oldu
Şirvanda 18 minlik oğurluq: Şübhəli saxlanıldı
Kozinoğlunun məzarı açılır: Ölüm səbəbi araşdırılır