08.10.2026 - 13:39
Heyətinə görə ən dəyərli komanda: “Real” artıq tək deyil
İdman 180 baxış

Heyətinə görə ən dəyərli komanda: “Real” artıq tək deyil

Çərşənbə günü “Transfermarkt” portalı Premyer Liqanın bir neçə futbolçusunun qiymətlərini yeniləyib. Publika.az-ın məlumatına görə, bu yeniləmədən sonra “Mançester Siti” futbol klubu heyətinin dəyərinə görə “Real Madrid”lə eyni səviyyəyə çatıb.

Hər iki klubun heyətinin dəyəri 1,5 milyard avro təşkil edir ki, bu da onları dünyanın ən dəyərli komandaları sırasına daxil edir. Bu iki klubu 1,38 milyard avro ilə “Arsenal” təqib edir.

İlk beşlikdə həmçinin PSJ və “Barselona” klubları yer alır, onların heyətləri müvafiq olaraq 1,36 milyard avro və 1,3 milyard avro dəyərində qiymətləndirilir.

İlk onluqda “Çelsi” (1,15 milyard avro), “Liverpul” (1,09 milyard avro), “Bayern” (1,04 milyard avro), “Mançester Yunayted” (928,8 milyon avro) və “Tottenhem” (836 milyon avro) də yer alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: