27.05.2019 - 17:50
Bakıda özəl klinikada ölüm hadisəsi baş verib
Hadisə 15 baxış

"Real Hospital”da 59 yaşlı qadın əməliyyatdan sonra öldü

Bakıda özəl klinikada ölüm hadisəsi baş veribBakıda özəl xəstəxanada mədəkiçiltmə əməliyyatı keçirmiş qadın pasiyent ölüb.

Minval.info Medicina.az-a istinadən xəbər verir ki, fakt “Real Hospital”da qeydə alınıb.

1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Minval.info xatırladır ki, “Real Hospital”da son aylar ərzində bu artıq bilinən 3-cü ölüm hadisəsidir. 

Açar sözlər: #Real Hospital
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: