Ərdoğandan vəliəhdə: Nədən qorxursan?
Qaşıqçı cinayətini vəliəhd bilməyəcəksə, kim biləcək?
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın təhdidləri üzündən Qaşıqçı cinayətinin ört-basdır edildiyini bildirib:
“Tapşırığı verən ad bəllidir. ABŞ-dan gələn heyət belə, demək olar ki, öz aralarında qərar veriblər, amma danışa bilmirlər. BMT-dən, Mərkəzi Kəşfiyyat İdarəsindən gələnlərə kasetləri dinlətdik. Biz ortadayıq, hər formada bunu deyirik. Sənin özündən şübhən yoxdursa, nədən qorxursan? Sağa-sola dollar, neft paylamaqla bu problem həll olmaz”.
Qeyd edək ki, C.Qaşıqçı oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!