Ərdoğandan Pelosinin Ermənistan səfərinə REAKSİYA: "Bizim də həmlələrimiz olacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindən səfərdən qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran prezident bunları deyib:
“Pelosinin Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur. Bu səfərin bir çoxlarını narahat etdiyini bilirəm, amma şişirtməyə ehtiyac yoxdur. İndi bəzi hazırlıqlar görürük. Bu məsələlərlə bağlı Qafqazda bizim də müəyyən həmlələrimiz olacaq. Hələlik yalnız planlaşdırma prosesindəyik. Biz cənab İlham Əliyev qardaşımızla da bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Harri və Meqan yenidən ABŞ-yə dönə bilər!
İranda dolların məzənnəsi rekord həddə çatdı
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!
Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı