Ərdoğan: “Türkiyə-İsrail münasibətləri bölgənin təhlükəsizliyi baxımından önəmlidir”
“Türkiyə-İsrail münasibətləri bölgəmizin sabitliyi və təhlükəsizliyi baxımından həyati önəm daşıyır”.
Minval.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Yəhudi Cəmiyyəti və İslam Ölkələrinin Ravvinləri İttifaqının üzvlərini qəbul edərkən söyləyib.
“Təbii ki, bu mövzuda xüsusilə sizin dəstəyinizə əhəmiyyət verirəm. Əməkdaşlığımızı inkişaf etdirməyə, yüksək potensialımızı daha yaxşı qiymətləndirməyə hazırıq. Təmas və dialoqu davam etdirməyə önəm verirəm, çünki bunun ortaq mənfəətimiz olduğuna inanıram”, – Prezident bildirib.
Yaxın Şərqdə sülh və sabitlik mühitinin gücləndirilməsi üçün həmrəyliyə çağırış edən dövlət başçısı daha sonra deyib:
“Fələstin mövzusunda fikir ayrılığımıza baxmayaraq, İsrail ilə iqtisadi, ticarət və turizm sahələrindəki münasibətlərimiz öz məcrasında davam edir. İsrailin sülh cəhdləri kontekstində səmimi və konstruktiv mövqedən çıxış etməsi, şübhəsiz ki, normallaşma prosesinə töhfə verəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!