Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya dəvət edib.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.
Onun sözlərinə görə, Ərdoğan bu təklifi dekabrın 14-də prezidentlər arasında baş tutan telefon söhbətində irəli sürüb.
Öz növbəsində, Ağ Ev rəsmiləri Trampın Türkiyə prezidenti ilə görüşməyə hazır olduğunu bildirsə də, hələlik hər hansı tədbirin planlaşdırılmadığını qeyd ediblər.
Xatırladaq ki, telefon danışığında hər iki lider YPQ və PYD qruplaşmalarının Suriyadakı fəaliyyəti ilə bağlı müzakirələr aparıb.
Bu həftə amerikalı hərbçilərdən ibarət nümayəndə heyətinin Türkiyəyə səfər edərək, ABŞ qüvvələrinin Suriyadan çıxarılması və digər mövzularda danışıqlar aparacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!