Ərdoğan Prezident İlham Əliyevi təbrik edib
“Can Azərbaycanın can Prezidenti, dəyərli qardaşım, cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəbbimdən özünə neçə-neçə sağlam doğum günləri nəsib etməsini arzulayıram”.
Minval.info-nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.
“Özünə sevdikləri, dəyərli ailəsi ilə birlikdə xeyirli ömür yaşamasını diləyirəm. Bu düşüncə ilə İlham Əliyev qardaşımın doğum gününü səmimi-qəlbdən yenidən təbrik edir, can Azərbaycana salamlarımı çatdırıram. Rəbbim Türkiyə-Azərbaycan qardaşlığını daim etsin, qorusun!”, – Türkiyə lideri vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!