Ərdoğan Monteneqroda: 250 milyon dollarlıq hədəf

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqroya səfər edib.
MİNVAL.İNFO xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, Ərdoğan səfər çərçivəsində Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşüb.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Birgə mətbuat konfransında çıxış Ərdoğan Türkiyənin Monteneqronun NATO-ya üzv kimi daxil olmasına güclü dəstək verdiyini bildirib:
“Bu ölkənin Avropa İttifaqına da üzv olmasının sülh və rifaha töhfə verəcəyinə səmimiyyətlə inanırıq. Türkiyə həmçinin Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Görüşdə ikitərəfli münasibətlərimizi daha da irəliyə aparmaqla bağlı razılıq əldə etdik. Türkiyə Monteneqroya sərmayə qoyan ilk 10 ölkə arasındadır. Qarşıda 250 milyon dollarlıq bir hədəf var”, – Ərdoğan deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!