Rasim Məmmədov Əvəz Zeynallıdan rəsmən şikayətçi oldu
Hazırda həbsdə olan və məhkəməsi davam edən iş adamı Rasim Məmmədov “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının onu və ailəsini şantaj etdiyini açıqlayıb.
“Minval.info” APA-ya istinadla xəbər verir ki, Rasim Məmmədov Əvəz Zeynallının neçə illər ərzində onu və ailəsini dəfələrlə hədələdiyini, şantaj etdiyini deyib: “Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir, məni və ailəmi şantaj edərək, pul tələb edir. Əvəz Zeynallı Loğman Zülfüqarlıdan (“Baku Steel Company” şirkətinin əvvəlki sahiblərindən-red.) pul alıb, mənə qarşı yalan-böhtanla məşğul olub. Həbsdə olan vaxt Türkiyə xüsusi xidmət orqanlarına məlumat verib ki, guya Loğman Zülfüqarlının oğurlanmasına mən göstəriş vermişəm. İndi şükür Allaha, Əvəz gəlib oturub qonşuluqda, ağlı başına gələr. Mən onunla bağlı rəsmi qaydada şikayət irəli sürürəm”.
Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibət bildirərək, bu məlumatlarla bağlı iltizam tətbiq edilməli olduğunu deyib: “İttiham olunan şəxs cinayət tərkibi olan məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir”.
Qeyd edək ki, sentyabrın 7-də haqqin.az saytı Əvəz Zeynallının Rasim Məmmədovun ailəsini şantaj edərək 20 min manat pul alması barədə məlumat və səs yazısı yayıb.
Bununla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb, Əvəz Zeynallı və Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbs olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Jalə Əhmədova həyat yoldaşının ölüm səbəbini açıqladı
Yeni icra başçısı kimin oğludur?
17 yaşında zorla qaçırılan qadın nələr danışdı? - VİDEO
Bu şəxslərə icbari tibbi sığorta 3 illik pulsuz olacaq - RƏSMİ
Deputat Könül Nurullayevaya töhmət verildi
Uşağa yod çəkərkən bu məqamlara diqqət edin!