“Range Rover” qəza törətdi, 2 ölü: Köməyə gələnlər isə maşındakı 40 min dolları görün necə oğurladı - VİDEO
Bakıda avtomobildən 40 min dollar pul oğurlanması hadisəsinin detalları bəlli olub.
40 min dollar pul qəzaya düşən maşından oğurlanıb.
Belə ki, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Range Rover” və KİA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində KİA-da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəza zamanı KİA-da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov avtomobildə olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman KİA-nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəzaya düşən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.
Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.
Bakıda avtomobildən 40 000 dollar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Trend.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşada üzbəüz döyüşdən şok video: Əsgərlərimiz düşməni belə vurur
Azərbaycanda maşın 4 piyadanı vurub - Foto
Zəfər paradından 1 il ötür
Azərbaycanda yenidən meşə yanır - Helikopterlər cəlb olundu
Xəzər TV-nin rəhbəri işdən çıxarıldı
"Elmar Məmmədyarovun AFFA-da nə işi var, futbol bilir?" - Deputatdan ETİRAZ