26.07.2021 - 12:24
Sosial
1 baxış
Qulu Məhərrəmlidən iddialara cavab: "Bundan ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar"

Teletənqidçi, filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli Jurnalistlərin üçüncü binası ilə bağlı Prezidentə müraciətdən sonra sosial şəbəkələrdə yazılan iddialara cavab verib.
Minval.info -nun xəbərinə görə, Qulu Məhərrəmli qeyd edib ki, elə şərait olmalıdır, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər:
“Bəziləri özünü cəmiyyətin gözündən elə salıb ki, hətta ən insani məsələdə belə adın onlarla bir siyahıda olanda səni yanlış anlayır, sənə görə məyus olur, qınayır, haqqında yanlış fikirlərə düşürlər. Kəmfürsətlər isə bundan sənə qarşı ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar.
Məlum “ev məsələsi”ndə kimlərsə fərqli maraqlar güdə bilər, amma Arif Əliyev və mən lap əvvəldən prinsip məsələsindən çıxış etmişik. Bu prinsip ondan ibarətdir ki, özünü jurnalist sayan kəslər ictimai maraqlara xidmət edirsə, hökumətdən ev hədiyyə ala, medianı və peşəni mənəvi iflasa uğrada bilməz. Elə şərait olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər!
P.S. Kimsə bu siyahı və müraciət məsələsini OYUN hesab edə bilər, amma səmimi dostlar və ləyaqətli həmkarlar bilsinlər ki, biz heç bir oyunda iştirak etmirik…”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sürücülük vəsiqəsi ilə bağlı dəyişikliklər təsdiqləndi
27.06.2018 - 15:53
Vakant vəzifələrə ərizə qəbulu davam edir
06.03.2019 - 21:38
Şəhid ailələri və ağır yaralanan qazilərə Novruz sovqatları paylanılır
19.03.2021 - 13:37
Məktəb yaxınlığında siqaret satan köşklərlə bağlı monitorinq keçiriləcək
04.10.2021 - 11:38
Bu yerdə avtomobil saxlamaq inzibati xəta hesab edilir
01.11.2018 - 15:36
Azərbaycanda məşğulluq və işsizlik səviyyəsi açıqlanıb
18.02.2021 - 14:30
Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA
15.10.2018 - 12:51