Qüdsi Osmanov qalmaqalı böyüyür - XİN araşdırmaya başlaya bilər - Sabiq nazir
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Türkiyədəki səfirlik və diplomatik korpusumuz barədə ağır ifadələr işlətməsinə sərt reaksiya verib.
Sabiq nazir Bakupost.az -a açıqlamasında deyib ki, Xarici İşlər Nazirliyi bu məsələni araşdırmalıdır:
“Diplomatik xidmət xüsusi dövlət xidməti kateqoriyasına aiddir. Bu xüsusi xidmətin öz davranış qaydaları var. Hesab edirəm ki, məsələ araşdırılmalıdır. Həmçinin XİN bununla məşğul olmalı və lazımi təlimatlar verməlidir. Hər bir qurumda həm müsbət, həm də mənfi nümunələr tapmaq olar.
Artıq bəllidir ki, bəzi məsələlərdə bizim səfirliklərin Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsində daha yaxşı işləmək zərurəti mövcuddur.
Nazirlik bu məsələni araşdırmalı, nəticədən asılı olaraq daha ciddi qərarlarlar almalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - Video
Talıbovun daha bir dəbdəbəli villası üzə çıxdı - Peyk GÖRÜNTÜSÜ
Əlixan 2-ci dəfə evlənir!
“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - Müəmma
Müsavatçı Xəlilbəyli 300 min avronu 50 dəfəyə alıb - MƏHKƏMƏ