Qüdrət Şükürovun yerinə təyinat - Foto
Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, başçının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Xalid Ələkbərov gətirilib.
X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. Gənc olmasına baxmayaraq, təsərrüfat sahəsində böyük təcrübəsi olan Ayaz Hüseynov, bu vaxta qədər SOCAR-da çalışıb.
37 yaşlı gənc kadr bu gündən o vəzifəsinin icrasına başlayıb.
Bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc, perspektivli kadrların cəlb edilməsi prosesi həyata keçirilir.
Qeyd edək ki, “Bakılifttəmir” İstehsalat Birliyinin qalmaqallı baş direktoru Qüdrət Şükürovu bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
