Qüdrət Həsənquliyev: "Qadınları işlədib, günə 8 manat verirlər”
Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki müzakirələrdə əmək müqaviləsi olmadan müxtəlif sahələrdə çalışan vətəndaşlarımızın acınacaqlı durumundan danışıb.
O bildirib ki, bu günlərdə onun qəbuluna cənub bölgəsindəki fermer təsərrüfatlarında çalışan vətəndaşlar gəlib. “Adamlar səhərdən-axşamadək tarlada işləyir, amma onlara günə 10 manat əmək haqqı verirlər, onun da 2 manatını yol haqqına çıxırlar. Bu da aylıq 240 manat edir”.
Deputat əlavə etdi ki, üstəlik, qanunvericiliyə zidd olaraq onları 8 saatdan artıq işlədirlər. “Bu, faktiki olaraq qul əməyidir”, -deyən Q.Həsənquliyev fermerlərə müraciət etdi: “Bu qadınlar sizin ananız, bacınız, qohumunuzdur. Bu cür istismarı necə qəbul edirsiniz? Burda çiyələyin kilosunu 5 manata, hətta daha keyfiyyətlilərini 10 manata satırlar. Amma qadınları işlədib, günə 8 manat verirlər”.
Deputat qeyd etdi ki, qanunvericiliyə dəyişikliyə ehtiyac var: “İmkan vermək olmaz ki, işçiləri şənbə-bazar işlətsinlər. Yaxud biz qanunvericiliyi dəyişməliyik ki, əlavə iş saatına görə işçilərə əlavə ödəniş edilməlidir. Müvafiq icra orqanları ilə bu məsələni müzakirə edib, yaxın vaxtlarda baxa bilərik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
Emin TM: TikTok-da yeni əyləncə dalğası
Xankəndi klubunda yeni məşqçi təyinatı!
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır