Qubada əcnəbiyə qarşı soyğunçuluq edən şəxs tutulub

Qubada əcnəbiyə qarşı soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Tahirov olduğu müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir