13.08.2026 - 18:06
Təhsil 19 baxış

Qrenlandiyada şəhər böyüklüyündə buz parçası qopdu: Arktikada təhlükə artır!

Qrenlandiyanın Petermann buzlağında nəhəng bir buz parçası qoparaq, bir şəhər ölçüsündə yeni bir buz adası meydana gətirib. Bu hadisə, Arktikada 2012-ci ildən bəri ən böyük buz itkisi kimi qiymətləndirilir.

Minval.info xəbər verir ki, Ottava Universitetinin beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırmalara görə, qopan buz parçasının uzunluğu 70 kilometrdən çox, qalınlığı isə təxminən 150 metrdir. Alimlər bu hadisənin son olmayacağını və yaxın gələcəkdə buzlaqdan daha iki böyük parçanın qopa biləcəyini bildirirlər. Bu, buzlağın sahəsinin təxminən 22 faiz azalmasına səbəb ola bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qırılan buz parçaları illərlə dənizdə üzərək gəmilər üçün ciddi təhlükə yarada bilər. Buzlağın və onun qırılmış parçalarının monitorinqi peyk görüntüləri vasitəsilə davam etdiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: