Qonşu ölkədə prezidentin kürəkəni istefa verdi
İranın sənaye, mədən və ticarət nazirinin müavini, Geologiya və Mədən Kəşfləri Təşkilatının sədri Kambiz Mehdizadə tutduğu vəzifədən istefa verib.
Trend-in məlumatına görə, İran prezidenti Həsən Ruhaninin kürəkəni olan K.Mehdizadə ötən cümə günü nazir müavini vəzifəsinə təyin edilmişdi.
Onun İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaniyə ünvanladığı istefa məktubunda bildirilir: “Bu dövrdə məni nazirlikdə fəaliyyət göstərməyə dəvət etdiyiniz və mənə etimad etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Vəzifədən ayrılmaq və öz elmi və araşdırma fəaliyyətimi davam etdirmək üçün sizdən icazə istəyirəm”.
Qeyd edək ki, K.Mehdizadənin sənaye, mədən və ticarət nazirinin müavini və Geologiya və Mədən Kəşfləri Təşkilatının sədri vəzifələrinə təyin olunması İranda ciddi qınaq obyektinə çevrilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaradənizdə gərginlik! Ukrayna Rusiyaya məxsus tankeri saxladı
Azərbaycanlı toy kortejində "Range Rover"dən çıxıb atəş açdı
Ukrayna təyyarəsi İranda qəzaya düşdü - Sərnişinlərin hamısı öldü
Məşhur aktrisada beyin xərçəngi aşkarlandı – Ölmək üzrədir
Prezident seçilərsə, Rusiya ilə Ukrayna arasında sülh yaradacağına söz verdi