Qızılqayada mina təhlükəsi: Buldozer partlayışı iki nəfərin həyatını dəyişdi
Xocavənd rayonunun Qızılqaya kəndində mina partlayışı baş verib, nəticədə iki nəfər xəsarət alıb.
Minval.info xəbər verir ki, hadisə 2026-cı il avqustun 12-də işğaldan azad edilmiş ərazidə baş verib. Qazax rayonundan olan 1961-ci il təvəllüdlü Elçin Abbasovun idarə etdiyi buldozer minalardan təmizlənməmiş sahədə partlayışa səbəb olub.
Partlayış nəticəsində Tovuz rayonundan olan 1989-cu il təvəllüdlü Sənan Fərəcov və 2003-cü il təvəllüdlü Fuad Əhmədov xəsarət alıblar. Hadisə ilə bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları mina təhlükəsinə qarşı diqqətli olmağa, təhlükəsizlik qaydalarına riayət etməyə və şübhəli əşyalara toxunmamağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir