Qız atasını baltaladı - Bakıda DƏHŞƏT
Atasının başından balta ilə vuraraq öldürməyə cəhd edən qız məhkəmə qarşısına çıxarılacaq.
“Ölkə.Az”ın məlumatına görə, Aliya Həbibovanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin edilib.
İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.
Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Azad oğlu Salxakinin başından balta ilə vurub.
Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gül bağçasında dəhşət: Ərini basdıran qadın 12 il cəza aldı
Naxçıvanda saxta sənəd fırıldağı: 250 min mənimsədi
30 il sonra Şuşa həbsxanasına qayıtdı
Uğur 777"də qanunsuz əməliyyatlar: Məhkəmə başladı
Suraxanıda oğurluq edən şəxs saxlanıldı
Şəki yaylası faciəsi: Sahibkarı hansı cəza gözləyir?
Keçmiş baş konsul qızıl qaçaqmalçılığında ittiham olunur