Qiymətlər od tutub yanır: Məşhur aparıcıdan TƏBİB və Səhiyyə Nazirliyinə ETİRAZ
Ölkədə ürəyin MRT (EMRT) müayinəsinin əlçatan olmaması və qiymətlərin həddindən artıq baha olması ciddi narazılığa səbəb olub.
Tanınmış aparıcı Ülkər Qasımqızı sosial şəbəkə hesabında paylaşdığı video ilə bu sahədə yaşanan rəsmi qurumların diqqətsizliyini kəskin şəkildə tənqid edib.
Minval.info xəbər verir ki, kardioloqun tövsiyəsi ilə təcili ürəyin MRT müayinəsindən keçməli olan aparıcı dövlət xəstəxanalarında bu xidmətin tamamilə fəaliyyətsiz olduğunu bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl bu müayinə Yeni Klinikada həyata keçirilsə də, hazırda orada da proses tam dayandırılıb və ölkənin heç bir dövlət tibb müəssisəsində bu xidmət göstərilmir.
Hazırda bu həyati vacib müayinənin yalnız bəzi özəl klinikalarda aparıldığını deyən Ü.Qasımqızı qiymətlərin 350-600 manat arasında dəyişdiyini və bu məbləğin sadə vətəndaşlar üçün əlçatmaz olduğunu vurğulayıb:
“Elə insanlar var ki, aylıq maaşı 450-500 manatdır. Belə olan halda onlar bir aylıq əməkhaqlarını tamamilə yalnız bu müayinəyə xərcləməli olurlar”.
Məşhur aparıcı icbari tibbi sığorta vasitəsilə də bu xidmətdən yararlanmağın demək olar ki, qeyri-mümkün olduğunu diqqətə çatdırıb. O, sonda TƏBİB və Səhiyyə Nazirliyinə açıq müraciət edərək, ürəyin MRT müayinəsinin dövlət xəstəxanalarında da təcili şəkildə bərpa edilməsini və vətəndaşlar üçün əlçatan olmasını tələb edib.
Minval.info
XƏBƏRİN VİDEOSU
Xarici saytda yerləşdirmək üçün Embed Kodu:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır?
Firuzə İbadova onkoloji xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar"
Bakıda xəstəyə meyitdən ürək köçürüldü
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq