20.10.2026 - 11:54
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
Səhiyyə 111 baxış

Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub

Baku.ws-ın məlumatına görə, 2025-ci ildə Azərbaycanda 2 933 nəfərə süd vəzi xərçəngi diaqnozu qoyulub. Bu məlumatı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli “Report”a açıqlamasında bildirib.

Azad Kərimlinin sözlərinə görə, bu şəxslərdən 707-si profilaktik müayinələr zamanı xəstəliyin aşkarlandığı şəxslərdir. Diaqnoz qoyulanların 1 573-də xəstəlik I–II mərhələlərdə, 915-də III mərhələdə, 440-da isə IV mərhələdə müəyyən edilib.

Baş həkim əlavə edib ki, hesabat ilinin sonuna olan məlumata əsasən, Azərbaycanda ümumilikdə 18 515 qadın onkoloji xəstə kimi qeydiyyata alınıb.

Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayı olaraq qeyd olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: