Qiyamətin sirri: Alimlər və ilahiyyatçılar nə deyir?
Amerikalı astronomlar Yerin təxminən 5 milyard il sonra məhv olacağını proqnozlaşdırırlar. Bu, Günəşin qırmızı nəhəngə çevrilməsi ilə əlaqələndirilir. Lakin dini baxımdan Qiyamətin nə vaxt baş verəcəyi barədə dəqiq məlumat yoxdur.
Minval.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev, həm elmi, həm də dini əsaslarla Qiyamətin bir gün mütləq baş verəcəyini qeyd edib. O, Qurani-Kərimdə Qiyamətin vaxtının yalnız Allahın elminə aid olduğunu vurğulayıb.
İlahiyyatçı bildirib ki, Qurani-Kərimdə və hədislərdə Qiyamət öncəsi baş verəcək kiçik və böyük əlamətlərdən bəhs edilir. Bunlar arasında dini biliklərin zəifləməsi, cəhalətin yayılması, insanların dünyaya və mala həddindən artıq bağlanması, yalanın, xəyanətin və haram qazancın çoxalması kimi əlamətlər var.
Qiyamətin böyük əlamətləri arasında isə İmam Mehdinin (ə.f.) zühurundan əvvəl baş verəcək hadisələr qeyd olunur. Bu əlamətlərdən beşi xüsusilə qəti əlamətlər kimi tanınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı