Brüs Uillisin yeni görüntüsü: Anasını və keçmiş həyat yoldaşını tanımır
Məşhur aktyor Brüs Uillisin qızı Tallula, sosial şəbəkə hesabında diqqət çəkən bir paylaşım edib. Publika.az xəbər verir ki, Tallula atası ilə çəkdirdiyi yeni fotosunu “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
Fotoda Tallula və atası Brüs Uillisin yelləncəkdə oturduğu görünür. Qızı atasının əlini tutaraq ona yaxın durur. Məşhur aktyor isə çəhrayı polo köynək və tünd mavi şalvar geyinib, fotoqrafa tərəf baxmır.
Xatırladaq ki, 2023-cü ilin fevralında Uillisin ailəsi onun əvvəlki diaqnozunun səhv olduğunu və əslində aktyorda frontotemporal demensiya inkişaf etdiyini açıqlamışdı. Bu xəstəlik beyin funksiyalarının azalmasına və idrak qabiliyyətinin geriləməsinə səbəb olur. Uillis artıq anasını və keçmiş həyat yoldaşı Demi Muru tanımır. Bu vəziyyət hər iki qadını dərindən sarsıdıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Murat Bozun jesti sosial şəbəkələrdə müzakirə yaradıb
Kartof püresi zərərli deyilmiş: Dietoloq faydalarını açıqladı
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi