Qırğızıstan Prezidenti Azərbaycandakı səfirinə şiddətli töhmət verib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə şiddətli töhmət elan edib.
Minval.info “K-News”a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının İnformasiya siyasəti xidməti məlumat yayıb.
Bildirilib ki, K.Osmonaliyev “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda “Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi mətbuatın istinad etdiyi açıqlaması həqiqətəuyğun deyil və təxribat xarakteri daşıyır.
Məlumata görə, bəhs edilən müsahibədə belə bir açıqlama və çıxış olmayıb.
Mətbuatda mərkəzlə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə və şişirtmələrə səbəb olan bəyanata görə Prezident Sadır Japarov Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!