Qazaxıstanda ölkənin adının dəyişdirilməsi təklif edilib
Qazaxıstanda iqtidaryönümlü Ak Jol Partiyasının nümayəndəsi Azat Peruaşev Baş nazirə Qazaxıstanın adının Qazax Respublikası ilə əvəzlənməsini təklif edib.
Bu barədə “Report” “Tengrinews.kz” portalına istinadən xəbər verir.
“2020-ci ildə müstəqil Qazaxıstanın dövlətçiliyində platforma olan SSRİ tərkibində Qazax Respublikasının yaradılmasının 100 ili tamam olacaq. Demokratik Ak Jol Partiyası dövlət səviyyəsində Qazax Respublikasının 100 illik yubileyinə diqqət ayrılmasını və bu tarixi layiqli qeyd etməyi təklif edir”, – deputat müraciətində deyib.
O, ölkənin rəsmi adının yenidən Qazax Respublikasına qaytarılması məsələsini nəzərdən keçirməyi təklif edib.
“Bu təşəbbüsü hələ beş il əvvəl Nursultan Nazarbayev irəli sürmüşdü. Hesab edirəm ki, dövlət başçısının təkliflərini reallaşdırmağın vaxtı yetişib. Hər şeyi öz adı ilə çağırmaq, qaraya qara, ağa ağ, qazaxlara isə qazaxlar demək lazımdır”, – o bildirib.
Siyasətçi “Qazax Respublikası” adının artıq formalaşmış “Qazaxıstan” ilə birlikdə istifadə olunmasının zəruriliyini də vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İngilis mühafizəçi Ərdoğan üçün Quran oxudu - VİDEO
Bunlar bəşəriyyəti məhv edə bilər
Ən qəddar psixoloji təcrübələr - Qorxu, şiddət, vəhşilik, işgəncə...
Putin 15 generalı işdən azad etdi
Poroşenko məşhur rus jurnalistə əsəbiləşdi - Video
Cənubi Koreyada tanınmış pop-ulduz mənzilində ölü tapılıb
Qaşıqçı ilə bağlı şok məlumat: Daha bir İsrail izi...