Qazaxıstan Prezidenti yeni müdafiə naziri təyin etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəyə yeni müdafiə naziri təyin edib.
“Minval.info” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, ölkə Prezidenti yenicə istefa vermiş müdafiə naziri Nurlan Yermekbayevin vəzifəsinə Murat Bektanovu təyin edib.
Bildirilir ki, Murat Bektanov ölkə başçısının digər sərəncamı ilə Qazaxıstanın müdafiə nazirinin birinci müavini və Respublikanın Silahlı Qüvvələrinin Baş Qərargahının sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu gün Qazaxıstan Prezidenti Nurlan Yermekbayevin istefasını qəbul edib. N. Yermekbayev avqustun 26-sı Qazaxıstanın Jambıl vilayətində hərbi hissələrin birinin anbarında baş vermiş yanğın və partlayışla əlaqədar olaraq istefa verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ