Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir

Qazaxıstan 16 ölkə ilə uçuşları bərpa edir.
“MİNVAL.İNFO” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar COVID-19-un yayılmasının qarşısının alınması üzrə Qurumlararası Komissiyanın iclasında verilib.
Məlumata əsasən, Qazaxıstan Rusiya, Türkiyə, Azərbaycan, BƏƏ, Özbəkistan, Almaniya, Maldiv, Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt ilə hava əlaqələrini bərpa edir. Həmçinin bildirilir ki, uçuşlar bərpa olunmaqla yanaşı, sayları da artırılacaq.
Bununla yanaşı, Qazaxıstana 30 ölkə vətəndaşlarının vizasız gəlmə rejimi də bərpa olunur. Sözügedən ölkələr bunlardır: İtaliya, Niderland, Fransa, Almaniya, İspaniya, Yaponiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Polşa, Danimarka, Çili, Macarıstan, Koreya, Çexiya, Bəhreyn, Qətər, Monako, Kipr, İslandiya, Finlandiya, Malta, İsveç, Portuqaliya, Lixtenşteyn, Slovakiya, Lüksemburq, Kanada, Sinqapur və Belçika.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!