08.08.2026 - 18:26
Təhsil 16 baxış

Qazaxda yanacaqdoldurma məntəqəsi sakinləri ayağa qaldırdı: Təhlükə və narahatlıq artır

Qazax rayonunun İkinci Şıxlı kəndində bir qrup sakin, yaşayış evlərinin yaxınlığında inşa edilən yanacaqdoldurma məntəqəsinə etirazlarını bildirir. Onlar bu tikintinin həyatlarına və əmlaklarına təhlükə yarada biləcəyini düşünürlər.

Minval.info xəbər verir ki, sakinlərin sözlərinə görə, tikinti işləri 2025-ci ildən bəri davam edir. Onlar dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etsələr də, tikinti işləri yalnız müvəqqəti olaraq dayandırılıb və daha sonra yenidən başlanılıb.

Şikayətçilər obyektin evlərə çox yaxın olduğunu və bu səbəbdən təsərrüfat sahələrinə və heyvanların çıxarılması üçün istifadə olunan yollara girişin çətinləşdiyini bildirirlər. “Biz burada yaşaya bilmirik. Təsərrüfatımız, mal-qaramız var. Yanacaqdoldurma məntəqəsi evə bitişikdir. Uşaqlar məktəbə gedirlər, yol tapa bilmirlər”, – deyə bir sakin narazılığını ifadə edib.

Digər tərəfdən, tikintini həyata keçirən şirkət nümayəndəsi sakinlərin iddialarını əsassız və qərəzli hesab edir. O, bu məsələnin bir nəfər tərəfindən təşkil edildiyini və həmin şəxsə qarşı qanun çərçivəsində tədbir görüləcəyini bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: