Qazaxda qətl hadisəsi ilə bağlı cinayət işi başlanıldı - VİDEO
Qazax şəhərində 34 yaşlı kişini ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Hüseynovu qətlə yetirən şəxs Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Əbdürrəhman oğludur. O, polisə könüllü təslim olub.
Qeyd edək ki, hadisə Qazax şəhər, Səməd Vurğun küçəsində, Qazax şəhər İdman Sağlamlıq Kompleksinin yaxınlığında qeydə alınıb.
Z.Hüseynov ürəyindən bir bıçaq zərbəsi alaraq qətlə yetirilib.
Hadisənin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Belə ki, Ə.Əhmədovun Z.Hüseynovun tanışı ilə münaqişəsi olub. O, tərəfləri barışdırmaq və arada yaranmış münaqişəni sakitləşdirmək istəyib. Lakin görüş zamanı Z.Hüseynovla Ə.Əhmədov arasında da münaqişə yaranıb. Bu zaman sonuncu soyuq silahdan istifadə edərək qətli törədib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
https://www.youtube.com/watch?v=ZNGDX0Ru5gs&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir