Qaynatasını intim təklifdə günahlandıran qız efirə çıxdı - Bu dəfə isə... (Video)
Dünən Qəbələ rayon sakini Sevinc Mənsimovanın qayınatası barədə irəli sürdüyü ittihamlar gündəm mövzusuna çevrilib. Belə ki, qadın ərinin atasının ona intim təklif etdiyini iddia edib. Qaynatası Cavanşir Mənsimov isə gəlininin dediklərininin böhtan olduğunu söyləyib və onun ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirib.
Minval.info xəbər verir ki, S.Mənsimova “Səni axtarıram” verilişinə çıxaraq əri Rəsul Mənsimovu axtardığını bildirib. Onun deməsinə görə, həyat yoldaşının ailəsi ərini ondan gizlədir.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Rəsul polis şöbəsində dedi ki, məcburam, bağışla məni, övladımı və səni atmıram. Rəsmi qaydada nikaha daxil olmuşuq. O, məni qaçıranda valideynləri narazılıq edirdi ki, “qız kasıbdır, biz varlı yerdən istəyirik”. Bir övladımız var, ay Rəsul, qurban olum, qayıt” – deyən Sevinc ağlamağa başlayıb.
Mənsimovanın sözlərinə görə, evlilikdən əvvəl həyat yoldaşı ilə 3 ay tanışlıqları olub və Rəsul ondan münasibətlərinin rəsmiləşməsi istəyib, amma oğlanın ailəsi bundan xəbər tutmayıb:
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
“Anam mənə dedi ki, onunla getmə, ailəsi səni istəməyəcəklər. Oğlanla Qəbələdə tanış olmuşduq. Anamla xəstəxanaya getmişdik, onun anası da, bacısı da oradaydı. Bacısı mənim nömrəmlə qardaşına zəng vurdu, ondan sonra votsapla Rəsulla danışmağa başladıq”.
Xatırladaq ki, Sevincin qaynatasının iddiasına görə, gəlininin şikayəti ilə 4 nəfər həbs edilib.
Minval.info
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"

