Qayınatasını öldürən şəxs hakim qarşısında - anlaqsız imiş
Qayınatasını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə günahlandırılan 1986-cı il təvəllüdlü Mehman Balayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim İlham Mahmudovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.
Məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 2 azyaşlı övladı olan Mehman Balayevin hadisəni törədən zaman anlaqsız olduğu deyilir.
Məlum olub ki, bu barədə ekspertiza rəyi də cinayət işi materiallarında var.
Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib.
1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev, bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adıyla qaynatasıgilə gedib.
Qaynatası 1961-ci il təvəllüdlü Heybətov Heybət ilə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və kürəkən qayınatasına bıçaqla zərbələr endirib.
Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib.
Mehman Balayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir