03.02.2022 - 12:06
Hadisə
19 baxış
Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
Qax şəhər sakini dəm qazından boğularaq ölüb.
Minval.info xəbər verir, “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.
Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.
Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
14.09.2026 - 10:28
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
13.09.2026 - 20:56
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
13.09.2026 - 19:11
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
13.09.2026 - 13:35
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
13.09.2026 - 12:04
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
13.09.2026 - 11:43
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
13.09.2026 - 09:58
Qanlı göldə balıqların kütləvi ölümü!
13.09.2026 - 09:51