Qaxda evlərdən elektrik naqillərini oğurlayan şəxs saxlanılıb
Qax Rayon Polis Şöbəsinə müraciət edən 3 rayon sakini onlara məxsus fərdi yaşayış evlərindən elektrik naqillərinin və dəmir qapıların oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin İlisu kənd sakini Nurlan Poladov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladıqlarını satdığını bildirib. Keçirilmiş tədbirlərin davamı olaraq Nurlan Poladovun cinayət yolu ilə ələ keçirdikləri onun satdığı şəxsdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir