Qatil ana uşağını öldürüb, cəsədini yandırdı - Foto
Qadın uşağı dəcəllik etdiyi və yemək yemədiyi üçün öldürdüyünü deyib
ABŞ-da dəhşətli qətl hadisəsi baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Nakira Qriner adlı qadın uşağını vəhşicəsinə öldürüb.
Sosial şəbəkədə fotolarını paylaşmaqla məşhur olan qadın keçən həftə sonu parkda ona hücum olduğunu iddia edib. Nakira Qriner polisə deyib ki, 23 aylıq Daniel adlı oğlu oğurlanıb.

Qadın vurulduğunu, yerə yıxıldığını və hətta cinayətkar tərəfindən təpikləndiyini də iddia edib. Guya ki, daha sonra ayağa qalxan zaman arabada olan uşağının qaçırıldığını görüb. Amma uşağın necə qaçırıldığını dəqiq anlatmayıb.
Bir neçə dəfə sorğu-sual olunan Qriner hər dəfə fərqli açıqlama verib. Polislər qadından şübhələnərək, onun evində araşdırma aparıblar. Polislər evdən insan hissələri tapıblar və qadını təkrar sorğu-sual edərək, onu həbs ediblər. Onun çantasında uşağın əzası tapılanda isə hər şey ortaya çıxıb…
Qadın dəlillər qarşısında qalaraq cinayətini etiraf edib. O, uşağı dəcəllik etdiyi və yemək yemədiyi üçün öldürdüyünü deyib. Daha sonra o, cəsədi yandırıb.
Cinayət, uşağa əl qaldırmaq, cəsədi məhv etmək, dəlilləri gizlətmək maddələri ilə suçlanan qadın həbsxanaya göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ