Qaşıqçının cəsədinin harada olduğu dəqiqləşdi – VİDEO

“A Haber” telekanalı Türkiyə kəşfiyyatı ilə sıx əlaqəsi olan “Daily Sabah” qəzetinin əməkdaşı Fərhad Ünlünün təqdim etdiyi videonu – qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin harada olduğunu dəqiqləşdirən görüntüləri yayıb.
Azvision.az xəbər verir ki, yayılan videodan Qaşıqçının cəsədinin əslində Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında olduğu üzə çıxıb.
Aydın olub ki, jurnalisti öldürmək üçün xüsusi təyyarə ilə Türkiyəyə gələn səudiyyəli rəsmilərdən ibarət 15 nəfərlik cinayət qrupunun 2 üzvü Qaşıqçını Baş Konsulluğun binasında qətlə yetirərək bədənini elektrik mişarı ilə 9 hissəyə parçalayandan sonra meyitin qalıqlarını qara torbalara qoyub konsulluq binasından bir neçə yüz metr aralıda yerləşən iqamətgaha gətiriblər. Bütün bu proses video-müşahidə kameralarına düşüb, lakin torbaları gətirənlərin iqamətgahdan əliboş çıxdıqları görüntülənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!