Qaşıqçı cinayətindən sonra ilk - "Səudiyyə bununla göstərmək istəyir ki..."
Ötən il Səudiyyə Ərəbistanında aparılan korrupsiya araşdırmaları nəticəsində həbs edilən şahzadələrdən birinin sərbəst buraxıldığı iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” gündəlik qəzeti etibarlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bir çox şahzadə, nazir və iş adamının həbs olunduğu əməliyyatdan sonra ilk dəfə azadlığa çıxan şəxs şahzadə Salman bin Əbdüləzizin qardaşı oğlu şahzadə Xalid bin Təlaldır.
Qeyd olunur ki, bu, oktyabrın 2-də İstanbulda konsulluqda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra Sudiyyə Ərəbistanınna qarşı səsləndirilən tənqidlər və təzyiqlərin azaldılması üçün atılmış addımdır.
“Səudiyyə Ərəbistanı hökuməti artıq dəyişmək istədiyini və bu məsələdə ciddi addmılar atdığını göstərmək istəyir. Şahzadə Xalidin sərbəst buraxılması çox simvolikdir. Belə ki, o, şahzadə Mməhəmməd bin Salmana qarşı çıxdığına görə həbs olunmuşdu”, – deyə mənbə bildirib.
Mənbə həmçinin vurğulayıb ki, yaxın zamanlarda şahzadə Turki bin Abdullah, şahzadə Əbdüləziz bin Fəhd və milyarder iş adamı Məhəmməd Hüseyn əl Amoudun da həbsdən çıxacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!