Qardaşlar arasında odun mübahisəsi - Bıçaqlanma ilə nəticələndi

Astara rayon sakini qardaşını bıçaqlayıb.
Minval.İnfo-nun report-a istinadən verdiyi xəbərə görə, Səməd Vurğun küçəsi, ev 117-də yaşayan, 1962-ci il təvəllüdlü Beytulla Məni oğlu Xəlilova qardaşı Akif tərəfindən bıçaq xəsarəti yetirilib.
Yaxınlarının bildirdiyinə görə, hər iki qardaş bir həyətyanı evdə yaşayır. B.Xəlilov avtomobil təmiri ustasıdır. Qardaşı onun həyətdə avtomobilləri təmir etmək üçün istifadə etdiyi yerə odun yığıb.Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanıAkifBeytullanı bıçaqla vurub.
Yaralı təcili tibbi yardım avtomobili iləLənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onadöş qəfəsinin sol nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir