Qardaşını öldürüb basdırdı, amma ələ keçdi - Azərbaycanda (SƏBƏB)
Bərdə rayonunun Vəliuşağı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, Pənah Ağayev adlı kənd sakini “VAZ-2106” markalı avtomobili geri verərkən 47 yaşlı qardaşı Zabil Ağayevi vurub.
Zərərçəkmiş aldığı ağır bədən xəsarətləri nəticəsində qəza yerində ölüb.
Bədbəxt hadisədən sonra Ağayevlər ailəsi baş vermiş insidenti gizlətmək qərarına gəliblər. Mərhum ailə üzvlərinin iştirakı ilə kənd qəbiristanlığında dəfn edilib.
Lakin Bərdə rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və P. Ağayev məsuliyyətə cəlb olunub.
Faktla bağlı rayon polisində araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir