19.09.2026 - 08:53
Lent 16 baxış

Qaraçuxurda 10 illik kanalizasiya problemi bitmir!

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən Zaur Şərifov küçəsindəki beşmərtəbəli binanın zirzəmisinə kanalizasiya sularının dolması problemi artıq 10 ildən çoxdur ki, sakinlərin narahatlığına səbəb olur. Bu vəziyyət, ərazidə kəskin üfunət yaradır və sakinlərin gündəlik həyatını çətinləşdirir.

Minval.info xəbər verir ki, sakinlər bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də tam həllini tapmayıb. Mənzil-kommunal istismar idarəsinin əməkdaşları tərəfindən bir neçə dəfə təmir işləri aparılsa da, bu tədbirlər problemin birdəfəlik aradan qaldırılmasına kifayət etməyib.

Sakinlərin bildirdiyinə görə, təmir işləri zamanı qazıntı aparılan ərazilər asfaltlansa da, zamanla həmin hissələrdə çökmə və aşınmalar yaranır ki, bu da piyadaların hərəkətini çətinləşdirir. Problemin həlli üçün daha təsirli tədbirlərin görülməsi tələb olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: