“Qarabağ” yeni hücumçu transfer etdi
Türkiyənin “Bursaspor” klubunun futbolçusu Con Delarj “Qarabağ”a keçdi.
Minval.info xəbər verir ki, Azərbaycan təmsilçisi “timsahlar”a 200 min avro transfer haqqı ödəyib.
28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır.
Delarj son zamanlar “Bursaspor”da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub. Oyunçu daha bir il qüvvədə olan müqaviləsinə güvənərək, məşqlərə laqeyd yanaşıb. Bunun nəticəsində baş məşqçi Samet Aybaba ona əsas heyətdə yer verməyib. Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub. Klub onu 700 min avroya satışa çıxarsa da, Ağdam klubu bu məbləği yarım milyon avroyadək endirdi.
O, “Bursaspor”a 2017-ci ilin avqustunda “Admira”dan 1,25 milyon avroya transfer olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir