Qarabağ veteranları və əlillərinin sayı açıqlandı - Rəsmi
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və əlil olmuş şəxslərin statistikası açıqlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Şöbə müdiri qeyd edib ki, 1 iyul 2018-ci il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən müavinət alan, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sayı 48 978 nəfərdir:
“Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən Prezident təqaüdünü alan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sayı 18 116 nəfərdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ! - Bu evlərə görə ƏDV geri qaytarılmayacaq + VİDEO
Üç dövlətin Bakıdakı səfirlikləri qarşısında aksiya olacaq
10 milyonuncu sakinin ailəsinə maddi dəstək göstəriləcək
Abşeronda Qarabağ əlilləri və şəhid ailələrinə 50 mənzil verilib
Şəhid ailələrinə ödəniləcək “qan pulu” ilə bağlı xoş xəbər
Bakı Beynəlxalq Avtovağzalında gözlənilən yeniliklər (FOTO)