Qarabağ şəhidlərinin övladları Türkiyədə pulsuz oxuyacaq
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Yanında Yurt Dışı Türklər və Əqrəba Topluluqlar Başqanlığının başqanı Abdullah Ərən Azərbaycanın bölünməzliyi uğrunda canından keçən şəhid və qazi olmuş qəhrəmanların ailələri üçün qurulan “Yaşat” Fondunu ziyarət edib.
Musavat.com-un məlumatına görə, A.Ərən görüşdə bu ailələrin övladlarına rəhbərlik etdiyi qurum tərəfindən xüsusi təqaüd ayrıldığını söyləyib.
A.Ərən eyni zamanda YTB-nin fəaliyyət istiqamətində Azərbaycana dair həyata keçirdiyi yeni layihələrin hər ötən gün artdığını da diqqətə çatdırıb.
Daha sonra Xəzər Universitetində qonaq olan Ərən, “Türkiye Mezunu Akademisyen ve İş Adamları Platformu” ilə görüşərək, bu platformanın hər iki ölkənin birliyini gücləndirən vacib ünsür olduğuna diqqət çəkib. Görüşün sonunda A.Ərənə təhsil sahəsində göstərdiyi dəstəyi üçün “Qardaşlıq Ödülü” təqdim edilib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?