""Qarabağ"la bizi ağır oyunlar gözləyir"
Çempionlar Liqasının II təsnifat mərhələsidə “Qarabağ”la qarşılaşacaq “Kukesi”nin müdafiəçisi Simon Rumbullaku Albaniya mətbuatına açıqlama verib.
Minval.info goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Azərbaycan çempionunu Avropada tanınan klublardan hesab etdiyini bildirib.
“Çempionlar Liqasında mərhələ adlamaq əla oldu. “Valletta”nı keçmək asan deyildi. Çünki rəqib pis çıxış etmədi. Yolumuza davam etdiyimiz üçün sevincliyik. “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq daha yaxşıdır. Onlar Avropanın tanınmış klublarındandır. Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. Valletta bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki “Qarabağ” çox güclüdür. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.
“Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması isə ölkəmizdə keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sevilya” Bakıya 24 futbolçu ilə gələcək - HEYƏT
Millimizdə ciddi itki - Uelslə oyunu buraxacaq
Galatasaray-da rəsmi ayrılıq
2020-ci il üçün "Qızıl top" mükafatı Levandovskiyə verilə bilər
Türkiyə millisi Şenol Güneşlə yollarını ayıra bilər
"Real"dan Məhəmməd Salaha fantastik təklif
Ronaldo xəstəxanaya yerləşdirildi