“Qarabağ” Bolqarıstan çempionu ilə qarşılaşdı
Azərbaycan çempionu “Qarabağ” Avstriyada ilk yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Ağdam klubu Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb.
“Qarabağ” bu heyətlə meydana çıxıb: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Qerye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 10. Dani Kintana, 11. Mahir Mədətov
Görüşdə hesabı rəqib 36-cı dəqiqədə açıb. Lakin 52-ci dəqiqədə “Qarabağ”ın ispan yarımmüdafiəçisi Dani Kintana gözəl zərbə ilə hesabı bərabərləşdirib. Görüş elə bu hesabla da başa çatıb – 1:1.
Qeyd edək ki, “Qarabağ” bu il də ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Komandamızın I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın “Olimpiya” klubudur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır