“Qarabağ” afrikalı hücumçunu heyətinə qatdı
Qarabağ” hücum xəttinə Dzon Delarjdan sonra daha bir futbolçu transfer edib.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu İnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla ikiillik müqavilə imzalanıb.
29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib.
2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində yeddi oyunda dörd qolla yadda qalmışdı. Komandamızdan ayrıldıqdan sonra Amerikanın “San Xose” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.
İnosent Emeqara İsveçrə millisində də doqquz oyunda meydanda olub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo "Real"dan ayrılmasının əsl səbəbini açıqladı
"Manenin dördüncü olması ayıbdır" - Messi
Qaret Beyl: "Azərbaycan oyunu çətinləşdirdi"
Ronaldo və Messi qarşıdurması olacaq - Maraqlı oyun bu tarixdə baş tutacaq
Finalı 204 kanal göstərəcək – ermənilər də var
"Barselona"nın baş məşqçisi olmağa hazır deyiləm" - Xavi