Qapanmaq təhlükəsi ilə üz-üzə qalan universitet barədə ŞOK AÇIQLAMA: “Vicdanlı fəaliyyətə söykənirdi...”
Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən sayılan Bakı Qızlar Universitetinin rəsmi akkreditasiya prosesində ciddi və həllolunmaz problemlərlə qarşılaşması, ali məktəbin gələcək fəaliyyətini böyük sual altına qoyub.
Universitetin bağlanma və ya fəaliyyətinin dayandırılması riski ilə üzləşməsi barədə yayılan xəbərlər ölkənin elmi və pedaqoji ictimaiyyəti arasında ciddi narahatlıq və geniş müzakirələr doğurub.
Minval.info xəbər verir ki, yaranmış böhranlı vəziyyətlə bağlı filologiya elmləri doktoru, professor Telman Cəfərov xüsusi bəyanatla çıxış edərək rəsmi qurumları bu təhsil ocağına dəstək olmağa çağırıb. Universitetin üzləşdiyi çətinliklərdən dərin məyusluq keçirdiyini gizlətməyən professor, bu ali məktəbin yarandığı ilk gündən etibarən şəffaf, vicdanlı və peşəkar prinsiplərlə çalışdığını vurğulayıb:
“Bu ali məktəbin ilk gündən təmiz niyyətə, professional fəaliyyətə söykəndiyi, gənc qızlarımız üçün əsl bilik və həyat məktəbinə çevrildiyi geniş ictimaiyyətə yaxşı məlumdur. Ən çətin dövrdə professor Ağarəhim Rəhimov başda olmaqla bir qrup tanınmış pedaqoqun təhsil tariximiz üçün rəmzi mənaya malik olan belə bir layihəni reallaşdırması mühüm tarixi hadisə idi”.
T.Cəfərov rəsmi qurumların universitetə yeni akkreditasiya qaydalarına uyğunlaşmaq üçün lazımi elmi-metodiki və tədris-təşkilati köməklik göstərməsinin vacibliyini diqqətə çatdırıb. O, dünyada feminist baxışların, gender bərabərliyinin və təhsildə sosial-humanist yanaşmaların genişləndiyi müasir mərhələdə, həmişə saf təlim mühiti ilə seçilən Bakı Qızlar Universitetinin profilinin qorunub saxlanılmasının və daha da genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?